Qazaxıstanda məktəbdə şagirdlərə hücum edilib.
Bakıvaxtı.az "Kazinform"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Petropavlovskda 4 saylı məktəbqə qeydə alınıb. Belə ki, 9-cu sinif şagirdi məktəblilərə mətbəx baltası və bıçaqla hücum edib.
Təhsil şöbəsinin müdiri Nazir Caşibekovun sözlərinə görə, hadisə saat 08:00 radələrində baş verib. Məktəbli iki onuncu və bir doqquzuncu sinif şagirdini yaralayıb. Baş və qol nahiyəsindən bıçaq xəsarətləri alan iki şagird rayon xəstəxanasındadır. Üçüncü uşağa isə yerində yardım edilib.
Uşaqların vəziyyətinin stabil olduğu deyilir,
Yetkinlik yaşına çatmayan D. polis tərəfindən saxlanılıb.
Faktla bağlı “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə ibtidai istintaq başlanılıb.
"İlkin məlumatlara görə, azyaşlı D. psixiatrik nəzarətdədir. Onun əməlinə və məktəb rəhbərliyinin əməllərinə ibtidai istintaq çərçivəsində hüquqi qiymət veriləcək. Qalan hallar müəyyənləşdirilir”, - deyə vilayət prokurorluğunun mətbuat xidmətindən bildiriblər.
Məktəbdə istintaq qrupu fəaliyyət göstərir.
Murad Məmmədli
















