• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Bu uzun müddət davam edə bilməz" - Şolts sərhəddəki vəziyyətdən danışdı

DÜNYA

14 Mart 2023 | 20:44 | Müəllif: Subhan Mahmudov

"Bu uzun müddət davam edə bilməz" - Şolts sərhəddəki vəziyyətdən danışdı

"Hazırda Almaniya üçün Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səyləri aktivləşdirməsi son dərəcə vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts  Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniya Ermənistan-Azərbaycan sərhədində qeyri-sabit vəziyyətdən narahatdır. “Bu vəziyyət uzun müddət davam edə bilməz. Bunu əvvəlki aylarda, həftələrdə baş verənlər sübut edir. Təbii ki, biz yerlərdə humanitar vəziyyəti də unutmuruq. Bizim ümumi məqsədimiz Dağlıq Qarabağ xalqının mənafeyi naminə bu münaqişənin uzunmüddətli və real həllini tapmaq olmalıdır”, - deyən Şolts  münaqişənin sülh yolu ilə həllinin Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına əsaslanmalıdır. .

Almaniya kansleri beynəlxalq normalara və öhdəliklərə uyğun olaraq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsinin, iki dövlətin bütün sakinlərinin insan hüquqlarının və azlıqların qorunmasının vacibliyini qeyd edib. “Buna görə də Almaniya Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik səylərini dəstəkləyir. Avropa sülhməramlı missiyası bunun bir hissəsidir. Prezident Əliyevin erməni həmkarları ilə görüşünü alqışlayıram. Münaqişənin sülh yolu ilə həlli üçün ümumi iradə var”, - deyə o, yekunlaşdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026