q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar - FOTO

CƏMİYYƏT

30 Iyul 2024 | 16:20

Məktəblilərimiz Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar - FOTO

21–30 iyul tarixlərində Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində təşkil olunmuş 56-cı Beynəlxalq Kimya Olimpiadasında (IChO 2024) məktəblilərimiz uğurla çıxış ediblər. 

Bakıvaxtı.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 84 ölkə üzrə 297 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 gümüş və 3 bürünc medal qazanıb.

Bildirilib ki, sözügedən olimpiadada Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Şərifzadə Səttar gümüş medala, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Xəlilzadə Murad və Mustafazadə Ümid, həmçinin Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Hacızadə Nihad bürünc medala layiq görülüblər.


SON XƏBƏRLƏR

13 May 2026