• Bakı 12° C

    6.93 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Məlum video niyə yayılıb? -Sabiq nazir səbəbləri AÇIQLADI

CƏMİYYƏT

03 Oktyabr 2022 | 10:45

Məlum video niyə yayılıb? -Sabiq nazir səbəbləri AÇIQLADI

“Hərbi təbliğat və müharibə dövrünün təbliğatı özünəməxsus xüsusiyyətlərə malikdir. Burada əsas məqsəd düşməni qeyri-humanist göstərmək, yəni təbliğat vasitəsilə onu normal insana xas bütün müsbət keyfiyyətlərdən məhrum etməkdir. Bunun da nəticəsində qarşı tərəf öz qoşunlarının döyüş ruhunun yüksəldilməsinə nail olur. Belə ki, hərbi qulluqçular hərbi əməliyyatlar üçün daha həvəsli olur".

Bakıvaxtı.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə hesabında deyib.

Keçmiş nazir qeyd edib ki, bu, bütün ordularda istifadə olunan ümumi qaydadır. Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin motivasiya ilə bağlı problemi düşmənin əsas problemlərindən biri idi və Ermənistan hazırda da bu problemlə qarşı-qarşıyadır.

Onun sözlərinə görə, əsir düşməyə hazır olmaq, öz mövqelərini əmr olmadan və müqavimət göstərmədən tərk etmək, fərarilik Ermənistan Müdafiə Nazirliyinin gündəmindəki ən aktual məsələlərdir: "Əminəm ki, bu mövzunun beynəlxalq arenada istifadə olunması cəhdləri ilə yanaşı, sosial şəbəkələrdə tirajlanan görüntülər məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan erməni əsgərlərin döyüş bacarığının artırılması məqsədi daşıyır".

Beynəlxalq arenadan söz düşmüşkən, T.Zülfüqarov qeyd edir ki, bu videonun ortaya çıxması Avropa İttifaqı ölkələrinə qaz nəqli üçün qaz interkonnektorunun açılışı ilə eyni vaxta təsadüf edib. Sabiq nazir hesab edir ki, İrəvanın əsas məqsədi Qərbin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə nail olmaqdır. Pelosinin səfəri, ABŞ Konqresində erməni lobbisinin fəallaşması, Aİ-də təbliğatçı elementlər və s. Kremlin Azərbaycan qazının Avropaya nəqlinə əngəl olmaqla bağlı sifarişinin yerinə yetirilməsidir.

T.Zülfüqarov hesab edir ki, sözügedən video Aİ-nin enerji təchizatı üzrə alternativ təchizatçılar və nəqliyyat qovşaqları kimi Azərbaycan və Türkiyəyə qarşı kütləvi kampaniyanın həyata keçirilməsi səbəbi kimi yayılıb. Bu səbəbdən də, bu mövzu şərh edilərkən yuxarıda qeyd edilənlərin nəzərə alınmasını xahiş edirəm”, - deyə Zülfüqarov qeyd edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR