Şəki şəhərində mənzildən meyit tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, şəhər sakini, 1951-ci il təvəllüdlü Adil Məmmədovun yaşadığı ünvanda üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkarlanıb.
Tək yaşayan həmin şəxsin bir neçə gün əvvəl öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
















