• Bakı 19° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Mərkəzi Nəbatat Bağında qanunsuzluqlar aşkarlandı

CƏMİYYƏT

15 Oktyabr 2021 | 17:46

Mərkəzi Nəbatat Bağında qanunsuzluqlar aşkarlandı

Azərbaycan Milli Elmlər Akademiyasın Mərkəzi Nəbatat Bağında qanunsuzluqlar aşkarlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, akademiyanın balansında olan bağda yoxlamalar aparılıb.

Müəyyən olunub ki, bağın keçmiş rəhbərliyi bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunmuş, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunmuşdur.

Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bildirib ki, bağda ağaclara vaxtı-vaxtında aqrotexniki qulluq edilmədiyi də aşkarlanıb. Həmçinin bəzi hissələrdə ağacların quruduğu, təmizlik işlərinin aparılmadığı üzə çıxıb.

O, həmçinin qeyd edib ki, bağ yeni görünüşü ilə qonaqlarını qarşılayacaq. Belə ki, abadlıq işlərinin səmərəli təşkili məqsədilə Komissiya yaradılıb. Komissiya biologiya elmi sahəsində tanınmış alim və mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub. Bağın yeni layihəsi təqdim edilib və müəyyən işlərə başlanıb.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR