• Bakı C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Merz İsrailə səfər edib

DÜNYA

07 Dekabr 2025 | 09:58

Merz İsrailə səfər edib

Almaniya kansleri Fridrix Merz İsrailə səfər edib.

Bakıvaxtı.az xarici agentliklərə istinadən xəbər verir ki, o, Yerusəlimdə İsrail prezidenti İsaak Herzoqla görüşüb. Herzoq Merzin kansler kimi İsrailə ilk səfəri olduğunu qeyd edib və iki ölkənin 2025-ci ildə diplomatik münasibətlərin 60 illiyini qeyd edəcəyini xatırladıb: "Biz çox yaxın dost olduq və mənim üçün Almaniyanı və Avropanı müdafiə etmək üçün Almaniyada İsrail istehsalı olan Hetz-3 raketlərinin (zenit-raket sistemi – red.) quraşdırılması tamamilə unikal, təsirli və vacib bir şeydir".

İsrail prezidenti qeyd edib ki, Almaniya kanslerinin səfəri ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq Qəzza zolağında davam edən sülh prosesi fonunda baş tutur. Herzoqun sözlərinə görə, bu plan region, Qəzza xalqı və İsrail, eləcə də İsrail və onun ərəb qonşuları üçün "yeni üfüqlər açır": "Biz bu iş üzərində birlikdə çalışmalıyıq. Almaniyanın həm Avropada, həm də qlobal miqyasda çox vacib bir ölkə kimi oynayacağı böyük bir rol var və əminəm ki, İsrailə səfəriniz zamanı görüşləriniz çox məhsuldar və uğurlu olacaq". 


SON XƏBƏRLƏR

06 Dekabr 2025