• Bakı C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Trampın çıxışı panika yaratdı: Xamenei təcili məxfi iclas çağırdı

DÜNYA

06 Yanvar 2026 | 00:27

Trampın çıxışı panika yaratdı: Xamenei təcili məxfi iclas çağırdı

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbə barədə açıqlamasından sonra, 2 yanvar tarixində İranın Ali Milli Təhlükəsizlik Şurası gecə saatlarında təcili iclas keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti mənbələrə istinadla yazıb.

Bildirilib ki, iclasın əsas mövzusu kütləvi iğtişaşların qarşısını almaq üçün etirazların minimum zorakılıqla qarşısının alınması olub. Mümkün hərbi hücumların ssenariləri də müzakirə edilib.

Mənbələrə görə, davam edən etirazlar fonunda yüksək vəzifəli hökumət rəsmiləri qapalı müzakirələrdə İslam Respublikasının yaşam mücadiləsi apardığını etiraf ediblər. Qeyd olunub ki, hakimiyyətin həm sosial gərginliyi artıran iqtisadi böhrana, həm də İsrail və ABŞ ilə münaqişənin şiddətlənməsi təhlükəsinə cavab vermək üçün məhdud vasitələri var.

Həmçinin vurğulanıb ki, İslam Respublikasının Prezidenti Məsud Pezeşkian vəziyyətin pisləşəcəyi təqdirdə mümkün addımları müzakirə etmək üçün ötən həftə İqtisadi Məsləhət Komitəsi ilə iki təcili görüş keçirib.

Qeyd edək ki, İranda ümumölkə etirazları demək olar ki, bütün ölkəyə yayılaraq 78 şəhərdə davam edir. Bu etirazlarda ölənlərin sayı da artmaqdadır: son məlumatlara görə, yaralananların sayı 50-ni keçib./Bakupost


SON XƏBƏRLƏR