Avstraliyanın Viktoriya ştatında meşə yanğını 66 min hektar ərazini yandırıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Bildirilib ki, dekabrın 18-də başlayan meşə yanğını 8 gündür davam edir və 66 min hektar ərazi külə dönüb.
Yanğını nəzarət altına almaq mümkün olmadığı üçün əraziyə 100-dən çox yanğınsöndürən cəlb olunub.
Səlahiyyətlilər yanğın təhlükəsi altında olan vətəndaşları təxliyə etməyə və yardım mərkəzləri yaratmağa davam edir.
Nuriyyə Musayeva
Meşədə yanğın: 66 min hektar ərazi yandı
DÜNYA
26 Dekabr 2024 | 12:15

SON XƏBƏRLƏR
17:18
10:41


jpg-1737792510.webp)












