• Bakı 12° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"Qorxutmaq istəmirəm, amma...”  - Məşhur astroloqdan BÖYÜK ZƏLZƏLƏ PROQNOZU

CƏMİYYƏT

24 Noyabr 2022 | 13:38

Qorxutmaq istəmirəm, amma...”  - Məşhur astroloqdan BÖYÜK ZƏLZƏLƏ PROQNOZU

Türkiyəli məşhur yazıçı və astroloq Can Aydoğmuş böyük zəlzələnin olacağı günü açıqlayıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. Can Aydoğmuş YouTube-da son günlər haqqında danışılan zəlzələ ilə bağlı diqqətçəkən proqnozlar verərək, mütəxəssislərin tez-tez diqqət çəkdiyi böyük zəlzələ ilə bağlı tarix verib.

Astroloq YouTube hesabında izləyicilərinə belə deyib: Mənfi sözlər deyərək sizi qorxutmaq istəmirəm. Zəlzələlər bu ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər olan dövrdə ola bilər: Amma bu zəlzələlər 1999-cu ildəki zəlzələ kimi böyük zəlzələ deyil. Bu, Elazığ və İzmirdə baş verən zəlzələlərə bənzəyə bilər”.

O, 1999-cu ildə İzmitdə baş verən zəlzələyə bənzər böyük bir zəlzələnin 2028-2029-cu illər arasında ola biləcəyini proqnozlaşdırır.

Qeyd edək ki, noyabrın 23-də saat 04:08-də Düzcedə 5,9 bal gücündə zəlzələ baş verib.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024