Azərbaycanın ictimai-siyasi xadimi, iqtisad elmləri namizədi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu işsizdir.
Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı alim yeni iş təkliflərinə açıq olduğunu bildirib.
Q.İbadoğlu iş tapmaq üçün iş elanları saytında elan verdiyini qeyd edib: “İkinci aydır ki, işsizəm. İşsizlərin problemlərini praktikada sınaqdan keçirirəm. Fikirləşirəm ki, illərlə bu əzaba düçar olanlar görün nələr çəkirmiş, xüsusilə də Bakı kimi bahalı şəhərdə yaşayanlar”.
Ramid İbrahimov
















