Kəpənək çayı, Blue Pea Tea, Blue Butterfly Ivy Tea və ya mavi çay - son zamanların məşhur bitki çayıdır. Hər kəsin maraqla içdiyi bu çayın ən çox yayıldığı yer Taylanddır.
Bakıvaxtı.az xəbər verir ki, lakin hal-hazırda Azərbaycanda da sevilərək istifadə olunur. Bəs bu çayı necə dəmləyirlər? Zərəri, xeyiri nədir?
Dəmlənərək istehlak edilən mavi çay bitkisi isti su ilə sürətli təmasda olaraq gözəl mavi rəng çaları yaradır. Lakin mavi çay soyuq çay növlərindən biri hesab edilir. Bu baxımdan ona buz əlavə edərək ağız dadınızı dəyişə bilərsiniz. Mavi çay, qiymətli antosiyaninlərə görə Ayurveda təbabətində mühüm yer tutur.
Sadə dəmləndikdə mavi olan çaya əlavələr edildikdə qırmızı, yaşıl və bənövşəyi rənglərlə qarışa bilir. Kəpənək çayına limon da sıxmaq olar. Və bu zaman limon çayda turşuluq səviyyəsini artıracaq.
Dadı çox açıq və ya həddindən artıq acı və boğucu deyil. Həfif və yüngül olan bu çay növü əsəb və gərginliyi azaldan qida vasitələrindən biridir. Onu nanə, kəklikotu, zəncəfil, zerdeçal, limon otu, hibiskus və darçın kimi ətirli otlarla dəmləyərək daha dadlı etmək olar.
Bu bitkinin sağlamlığa müsbət təsiri də kifayət qədər yüksəkdir..
Qeyd edək ki, tədqiqatlar nəticəsində onun ürək və beyin sağlamlığına müsbət təsiri məlum olub. Həmçinin, diabet və xərçəng əleyhinə təsirləri də göstərilmişdir.
Xəyalə Rza