• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Məşhur müğənni oxumaqdan yorulub

MƏDƏNİYYƏT

24 May 2023 | 09:28 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur müğənni oxumaqdan yorulub

Dünyaca məşhur müğənni Mayli Sayrus "100 min insanın qarşısında yalnızam" deyərək bir daha dünya turnesinə çıxmayacaq.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu müğənninin özü açıqlayıb.

Son albomunda yer alan "Flowers" mahnısı ilə növbəti böyük uğura imza atan dünya şöhrətli müğənninin bu açıqlaması pərəstişkarlarını üzüb.

Hazırda yeni albomu "Endless Summer Vacation" ilə gündəmdə olan Mayli Sayrus artıq dünya turnesinə çıxmağı düşünmədiyini bildirib. Müğənni bildirib ki, böyük məkanlarda çıxış etmək onu narahat edir.

Britaniyanın "Vogue" jurnalına danışan Sayrus, "Yüz minlərlə insana mahnı oxumaq mənim çox xoşuma gələn bir şey deyil. Heç bir bağ yoxdur. Heç bir təhlükəsizlik yoxdur. Bu, həm də qeyri-təbiidir. Bu, özünü çox tənha hiss edən bir təcrübədir, çünki əgər 100 min insanın qarşısındasan, təksən” deyib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026