“Şarkıcı” adlı albomu ilə səhnəyə qayıdan məşhur türkiyəli müğənni Sıladan pərəstişkarlarını üzən xəbər gəlib.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, müğənni koronavirusa yoluxub. Bununla bağlı sosial media hesabında paylaşım edən Sila, konsertlərinin təxirə salındığını qeyd edib. Onun bildirdiyinə görə, biletlər yeni tarixə dəyişdirilə biləcək.
Qeyd edək ki, 15 mahnıdan ibarət yeni albomunu dinləyicilərinə təqdim edən məşhur müğənni növbəti konsertə hazırlaşırdı.
Aytac Aslan
















