• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhriyardan boşanan Oksana: “Sevdiklərinizin zərbəsi daha ağrılıdır”

MƏDƏNİYYƏT

07 Sentyabr 2022 | 18:20 | Müəllif: Subhan Mahmudov

Şəhriyardan boşanan Oksana: “Sevdiklərinizin zərbəsi daha ağrılıdır”

Xəbər verdiyimiz kimi, aktrisa Oksana Rəsulova həmkarı, həyat yoldaşı Şəhriyar Əbilovdan ayrıldığını açıqlayıb.

Bakıvaxtı.az bizim media-ya istinadən xəbər verir ki, bir il əvvəl kəbinini pozan Oksana sosial şəbəkə hesabında paylaşdığı qəmgin statusları ilə diqqətləri üzərinə cəmləyib. 

"Özünüzü pis hiss etdiyiniz zaman sadəcə boğulmadığınızı təsəvvür edin. Xilas olunmağınızı gözləməyəcəksiniz, elə deyilmi? İndi dəstəyi gözləməyin. Özünüzü qoruyun. Heç kim sizi xilas etməyəcək. Sevdiklərinizdən alınan zərbə başqasınınkındən yüz qat daha ağrılıdır" - deyə, O.Rəsulova yazıb. 

Qeyd edək ki, O.Rəsulova ilə Ş.Əbilov ötən il verilişlərin birində evli olduqlarını açıqlamışdılar. Cütlüyün dörd yaşlı Osman adlı oğlan övladı var.   

Oksana Rəsulova illər əvvəl repçi Elşad Xose ilə də evli olmuşdu. Daha sonra cütlük qalmaqallı şəkildə boşanmışdılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026