"Popstar Alaturka" yarışması ilə tanınan Mehtap Yılmazın əşyaları Amsterdamda oğurlanıb.
Bakıvaxtı.az "HzberGlobal"a istinadla xəbər verir ki. bu barədə o, sosial media hesabından etdiyi paylaşımda bildirib.
Yılmaz konsert vermək üçün getdiyi Amsterdamda oğruların hədəfinə çevrilib. "Instagram" hesabında video yayımlayan popstar avtomobilini təhlükəsiz bildikləri parkda qoyub getdiklərini, lakin qarət olunduqlarını bildirib. Müğənni yayımladığı videoda "Dostlar, Amsterdam macəramın sonunda məni qarət etdilər" deyib.
"Maşının şüşəsini sındırıblar. Çamadanımı, pasportumu, pulumu, çantamı, hər şeyimi götürüblər. Çox əsəbiləşdim, dostlar. Təəssüf ki, bizi qarət etdilər", - popstarın paylaşında qeyd olunur.
Ay Tac


















