• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Afaqa dedim ki, həmin gün işdə olmasan, səni..."

MƏDƏNİYYƏT

02 Iyun 2023 | 11:03

"Afaqa dedim ki, həmin gün işdə olmasan, səni..."

Aparıcı Lalə Azərtaş "Təsir dairəsi" verilişində həmkarı Afaq Gəncəlinin səhhətindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Afaqın sentyabrdan etibarən efirə çıxacağını açıqlayıb:

"Afaqı bu gün görəndə uşaq kimi sevindim. Nə yaxşı ki, gəldin dedim. O, səhhətində yaşadığı problemlərə görə, bir az efirdən uzaq qalmışdı. Çünki sağlamlığı daha önəmli idi. Getdi əməliyyat olundu. Onu əməliyyatdan sonra ziyarətə gedəndə demişdim ki, Afaq, 1 iyun tarixində işdə olmasan, səndən küsəcəyəm, bloka atacağam, toparlan işə qayıt, sentyabr çox gecdir. Bunu uşaq kimi yadında saxlayıb ki, Lalənin xətrinə dəyə bilərəm. Görürəm ki, Afaq durub işə gəlib. Deyir ki, sentyabrdan da efirə qayıdacağam. Afaq, qayıt, çünki efir səni çox sevir". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026