Müğənnilər Vəfa Şərifova, Günel Məhərrəmova, Dəniz Firudinqızı bizneslərindən danışıblar.
Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən müğənnilərin "Həmin Zaur" verilişində aparıcının "Pulunuz olsa, nə alarsız" sualına verdiyi cavabları maraq doğurub.
Günel Məhərrəmova biznes quracağını söyləyib. "Pulum olsa, qəşəng biznes quraram. Qocalanda bilərəm gəlir yerim var. Mən oturaram orda, nəvələrim, uşaqlarımla birlikdə çalışaram. Yaşlananda oxumaq çox da istəmirəm",- deyən müğənni əlavə edib ki, hətta artıq biznesi var.
"Düzdür, biznesim var, amma yaxşı yerdə deyil. İş getmir. Başqa yerdə açmaq istəyərəm", - deyə Günel Məhərrəmova qeyd edib.
Vəfa Şərifova isə artıq hər şeyinin olduğunu, heç nəyə ehtiyacının olmadığını deyib.
"Vallah, mən nə istəmişəm, arzulamışam gerçək olub. Heç nəyə ehtiyacım yoxdu. Allah hər kəsin özünə versin. Dar gün üçün bir şeylər edirəm, əlbəttə ki".
Dəniz Firudinqızı isə qurduğu biznesi gizlətməyib. "Rayondan 1 hektar torpaq almışam. Pambıq biznesim var. Pambıqda bəyəm az pul var?( Gülür)",- deyə müğənni bildirib.
Xəyalə Rza
















