Dünyaca məşhur AC/DC rok qrupunun "Back in Black" mahnısı yutubda 1 milyard baxış sayına çatıb.
Bakıvaxtı.az xəbər verir ki, ilk dəfə 2012-ci ilin noyabrında yutuba yüklənən mahnı AC/DC-nin 1 milyard baxış sayına çatan ikinci mahnısı olub.
Daha öncə 2021-ci ildə qrupun "Thunderstruck" mahnısı 1 milyard baxışı keçmişdi.
Qeyd edək ki, yutubda 1 milyard baxış sayına çatan digər mahnılar arasında "Careless Whisper", "Sweet Child O' Mine", "Take On Me" və "Billie Jean" da var.
Günəş Mərd
















