• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Məşhur restoranın fəaliyyəti məhdudlaşdırıldı

CƏMİYYƏT

13 Noyabr 2023 | 20:02

Məşhur restoranın fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Şəki şəhəri B.Vahabzadə küçəsi, Kiş yolunda fəaliyyət göstərən, fiziki şəxs Namiq Mabud oğlu Əliyevə məxsus “Bənövşə” restoranının fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, temperaturun monitorinq və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin həyata keçirilmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə işlərin görülməsinə, xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
 


Məşhur restoranın fəaliyyəti məhdudlaşdırıldıMəşhur restoranın fəaliyyəti məhdudlaşdırıldıMəşhur restoranın fəaliyyəti məhdudlaşdırıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026