"Bu gün dünyanın ən xoşbəxt anasıyam".
Bunu Bakıvaxtı.az-a bu gün erməni əsirliyindən azad edilən Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
Onun sözlərinə görə, oğlunun əsirlikdən azad edilməsi münasibətilə evini Azərbaycan bayrağı ilə bəzəyib.
"Sevinirəm ki, oğlum Vətəndədir", - deyə Şəlala Axundova vurğulayıb.
Ş.Axundova oğlunun əsirlikdən azad edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: "Allah cənab prezidentimizə uzun ömür versin. O, bizi sevindirdi".
Qeyd edək ki, bu gün Qazax rayonunda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.
Proses zamanı Ermənistan tərəfindən Azərbaycanın 2 hərbi qulluqçusu- Hüseyn Axundov və Aqşin Bəbirov azad olunub. Azərbaycandan isə 32 rerməni əsir geri aytarılıb.
Aytac Aslan





jpg-1705060889.webp)
jpg-1705060888.webp)


jpg-1705058560.webp)



jpg-1705051910.webp)


