2008-ci ildən tikinti sahəsində fəaliyyət göstərən "BUTA CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti barəsində mülkiyyət əleyhinə olan (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) inzibati xəta protokolu tərtib edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi əsasında tərtib edilib.
İş Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə görə, İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.
İbRa
















