• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sumqayıt-Bakı qatarı gecikdi - SƏBƏB - YENİLƏNİB

CƏMİYYƏT

10 Mart 2023 | 10:20

Sumqayıt-Bakı qatarı gecikdi - SƏBƏB - YENİLƏNİB

Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarının qrafikə əsasən gecikməsinə səbəb dumanlı hava şəraiti olub.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, səhər saatlarında havanın dumanlı olması səbəbindən müvafiq təlimata uyğun olaraq maşinist qatarın sürətini azaldıb. Nəticədə, qatar 9 dəqiqə gecikib.
 

09:07

Sumqayıt-Pirşağı-Bakı qatarının qrafikində gecikmə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sürət qatarı qrafikə əsasən Bakıya 08:30-da çatmalı olduğu halda 08:39-da çatıb. Başqa sözlə, qatar mənzil başına 9 dəqiqə gecikib.

Qatarın bələdçisi bildirib ki, gecikməyə səbəb yaranan texniki nasazlıq olub. Bununla belə, texniki nasazlığın nədən ibarət olduğu açıqlanmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026