• Bakı 25° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Messi ÇL-i qazanmaq şanslarından danışdı

İDMAN

17 Fevral 2022 | 20:08 | Müəllif: Subhan Mahmudov

Messi ÇL-i qazanmaq şanslarından danışdı

PSJ-nin hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasının qalibi olmaq şanslarından danışıb.

Bakıvaxtı.az "PSG Magazine" nəşrinə istinadən xəbər verir ki, o, turnirin kubokunu qazana biləcəklərini deyib: "Çempionlar Liqası? Turnirdə qalib gəlməyə çalışacaq komandamız var. Biz bu ideyaya görə çox həyəcanlıyıq və ümid edirik ki, bu reallaşacaq. Lakin PSJ sakitləşməlidir.

Ən güclü komanda həmişə qalib gəlmir. Ən yaxşı komanda olmağın yollarını düşünərək bütün detallara diqqət yetirməlisiniz. Məqsədlərinə çatan ən güclü komandalardır. PSJ bu haqda düşünür".

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ "Real"a 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu Kilian Mbappe vurub.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026