• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Messiyə görə oyun ləğv edildi

 

CƏMİYYƏT

10 Fevral 2024 | 18:15

Messiyə görə oyun ləğv edildi

Hançjou İdman Komitəsi Argentina və Nigeriya arasında yoldaşlıq görüşünün ləğv edildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Lionel Messi ilə bağlı münaqişəli vəziyyətdir.

Forvard özünü yaxşı hiss etmədiyi üçün "İnter-Mayami"nin heyətində Honq-Konqda yerli milli komandaya qarşı yoldaşlıq görüşündə meydana çıxa bilməmişdi. Bu da azarkeşlərin kütləvi etirazına səbəb olmuşdu.

Hançjou İdman Komitəsi isə Nigeriya ilə oyunun ləğvi haqda bunları elan edib:

“Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu matçın ləğvi barədə qərar qəbul edilib”.

Qeyd edək ki, Argentina və Nigeriya görüşü martın 2-ci yarısında Çində baş tutmalı idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026