• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Metronun bu stansiyalarının iş vaxtı ARTIRILIR

CƏMİYYƏT

02 Noyabr 2022 | 11:59

Metronun bu stansiyalarının iş vaxtı ARTIRILIR

Sabah "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar metronun iş rejimində dəyişikliklər ediləcək, üç stansiyanın iş vaxtı artırılacaq

Bu barədə Bakıvaxtı.az-a qurumdan məlumat verilib.

Məlumata görə, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək. Bundan əlavə, “Qarabağ” FK-nın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni”nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saat 01:00-a qədər uzadılacaq.

Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026