• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Metronun “Həzi Aslanov” stansiyasında təmir işləri aparılacaq

CƏMİYYƏT

16 Avqust 2023 | 13:34 | Müəllif: Subhan Mahmudov

Metronun “Həzi Aslanov” stansiyasında təmir işləri aparılacaq

Cari ilin sonuna metronun “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinə başlanıla bilər. Bununla bağlı əsas hazırlıq işləri görülür.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda görüləcək işlərin layihəsi və texnoloji proseslərin ardıcıllığı üzərində işlər aparılır.

“Layihə işləri başa çatdıqdan sonra prosedur qaydalarına uyğun olaraq təmir işlərinə başlamaqla bağlı ictimaiyyətə məlumat veriləcək. Çünki orada hərəkətin təşkili ilə bağlı məsələlər gündəmə gələcək. Təmir işlərinə stansiyanın dönmə kamerasında başlanacaq. Daha sonrakı mərhələlər isə stansiyanın özündə davam etdiriləcək”, - deyə Bəxtiyar Məmmədov vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026