• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Meymunçiçəyini kimlər daha ağır keçirir?

CƏMİYYƏT

21 Iyun 2022 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

Meymunçiçəyini kimlər daha ağır keçirir?

Koronavirusdan sonra bütün dünyanı təşvişə salan virus meymunçiçəyi oldu. Belə ki, virus son günlər bir neçə ölkədə sürətlə yayıldığı üçün insanlar qorxuya düşüb. Ancaq meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Meymunçiçəyi virusunun hissəcikləri ilkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.

Kəskin qaşıntıya səbəb olan səpkilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Bəs bu xəstəliyi kimlər daha ağır keçirir? İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, meymunçiçəyi xəstəliyini hamilə qadınlar, azyaşlılar, xüsusilə də immunsuppressiv vəziyyətdə olan şəxslər ağır keçirir. İnfeksionistin sözlərinə görə, xərçəng xəstəliyi, immuniteti zəiflədən hər hansı bir yanaşı xəstəliyi olan və ya orqan transplantasiyası əməliyyatı keçirmiş və buna görə immuniteti basqılayan dərmanlar qəbul edən şəxslər meymun çiçəyi xəstəliyinə qarşı risk altında sayılır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR