• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Min bir gecə”də nöqsanlar aşkarlandı

CƏMİYYƏT

17 Mart 2023 | 14:32

“Min bir gecə”də nöqsanlar aşkarlandı

Samux rayonunda fəaliyyət göstərən şadlıq sarayında nöqsanlar aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Rəhimov Səyavuş Qoşqar oğluna məxsus “Min bir gecə” şadlıq sarayında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə riayət olunmadığı, istehlakçılara təqdim edilən müxtəlif növ qida məhsullarının üzərində etiket məlumatlarının, istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026