"Həyat yoldaşımla danışdıq ki, ailə qurandan sonra 6-7 ay sosial media detoksu edək. Dedi ki, fikirləşək, görək, necə tərzdə çıxa bilərsən. Narazıçılıq var idi. Gənc ailə idik, istədik bir-birimizə çox vaxt ayıraq".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mina Hüseynova "Səhər mərkəzi" proqramında deyib. Martda Sərxan adlı bəylə ailə quran ifaçı həyat yoldaşı ilə bağlı sualları cavablandırıb:
"Biri dedi, türkdür, digəri dedi, 50 yaşı var, hacıdır. Azərbaycanlıdır, Şuşadandırlar. Məndən iki yaş balacadır, 50 yaşı yoxdur. Bizim ilk qanuni evliliyimizdir. Nə o, nə mən bundan əvvəl ailəli olmuşuq".
Qeyd edək ki, Mina ailə qurandan sonra instaqram profilini bağlamış, fotolarını silmişdi.
















