• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Mingəçevir sakinindən odlu silah götürüldü - FOTO

CƏMİYYƏT

21 Iyul 2021 | 15:25

Mingəçevir sakinindən odlu silah götürüldü - FOTO

Mingəçevir şəhər sakini Xətai Rüstəmovun qanunsuz olaraq odlu silah gizlətməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026