• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Almaniyadan narahatlıq doğuran açıqlama: 4 -cü dalğa başlayıb

CƏMİYYƏT

20 Avqust 2021 | 14:46

Almaniyadan narahatlıq doğuran açıqlama: 4 -cü dalğa başlayıb

Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan və hökuməti məlumatlandıran Robert Koch İnstitutunun hesabatında Epidemiyada 4-cü dalğanın başlanğıcının xüsusilə gənclərdə COVID-19 infeksiyalarının artması ilə müşahidə edildiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan və hökuməti məlumatlandıran Robert Koch İnstitutunun (RKI) dərc etdiyi hesabatda, aprel ayının sonundan etibarən virusa yoluxanların sayının azalma tendensiyasına diqqət edilib. Nəticədə, iyun ayının sonundan başlayaraq yoluxma sayının artdığı müşahidə edilib.

Hesabatda yeni yoluxmaların sayının keçən ilə nisbətən çox erkən və daha sürətli artdığı vurğulanıb.

PCR testləri arasında pozitiv olanların nisbətinin artdığı ilə bağlı məlumat paylaşılan hesabatda müsbət testlərin nisbətinin 2-8 avqustda yüzdə 4-ə, 9-15 avqustda yüzdə 6-ya qədər yüksəldiyi bildirilib.

Hesabatda infeksiyalardan ən çox gənc yaş qrupunun təsirləndiyi və bu yaş qruplarında pozitiv test nisbətlərinin yüksək olduğu qeyd edilib: "Xüsusilə gənclər arasında infeksiyaların artması 4 -cü dalğanın başladığını açıq şəkildə göstərir. "

Almaniyada və digər Avropa ölkələrində infeksiyaların çoxunun narahatlıq doğuran variantlardan qaynaqlandığını bildirən hesabatda Delta variantının ölkədə araşdırılan yeni Kovid-19 hadisələrinin 99 faizində aşkarlandığı qeyd edilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026