• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Alimlər sadə arıqlama üsulunu tapdılar

CƏMİYYƏT

19 Sentyabr 2021 | 08:58 | Müəllif: Subhan Mahmudov

Alimlər sadə arıqlama üsulunu tapdılar

Britaniyalı alimlər “90 dəqiqə” adlı sadə və effektli bir arıqlama üsulu hazırlayıblar.

Qeyd edilir ki, artıq çəkili insanlar bu qaydalara riayət edərək yeməkdə xüsusi məhdudiyyətlər və yorucu fiziki fəaliyyət olmadan arıqlaya bilərlər.

Belə ki, artıq çəkidən azad olmaq istəyənlərin həmişəkindən 90 dəqiqə gec səhər yeməyi, 90 dəqiqə tez axşam yeməyi yemələri tövsiyə olunur.

Tədqiqatçıların fikrincə, bu qayda hər kəsə çox səy göstərmədən arıqlamağa kömək edəcək.

10 həftə ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, göstərilən qaydada yemək yeyənlər normal rejiminə əməl edənlərə nisbətən iki dəfə sürətli arıqlayıblar.

Eyni zamanda iştirakçılar yemək seçimində və miqdarında tamamilə sərbəst olublar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026