• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan polisi erməni sürücünü cərimələdi

CƏMİYYƏT

18 Oktyabr 2021 | 22:03 | Müəllif: Subhan Mahmudov

Azərbaycan polisi erməni sürücünü cərimələdi

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Sünik rayonunda (qərbi Zəngəzur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunetsi adlı sakini, yol hərəkəti qaydalarını pozduğuna görə azərbaycanlı yol polisi əməkdaşı tərəfindən cərimələnib. 

Bakıvaxtı.az Virtualaz.org-a istinadən xəbər verir ki, yol hərəkəti qaydalarının pozulması haqqında protokol aldıqdan sonra Syunetsi cərimə ödəməli olacaq, amma bunu necə edəcəyini bilmir. "Vorotana getdim, məni türk (azərbaycanlı, -red) yol polisi işçisi saxlayıb, akt yazıb, indi harada ödəyəcəyimi bilmirəm", - o şikayətlənir.

Syunetsi xatırladıb ki, onun yaşadığı kənd Azərbaycanla sərhədin yaxınlığında yerləşir.

Azərbaycanın yol polisində Ermənistan vətəndaşlarına Azərbaycanın inzibati xətalar haqqında qanununa uyğun olaraq cərimə ödəməyi tövsiyə ediblər: 

“Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn şəkildə ödəyə bilərlər. Əks halda, onların avtomobilləri Gorus-Vorotan magistral yolunda müsadirə olunaraq cərimə dayanacaqlarına aparılacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026