• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xətaidə ağacların qurumasının səbəbi araşdırılır

CƏMİYYƏT

18 Oktyabr 2021 | 20:10 | Müəllif: Subhan Mahmudov

Xətaidə ağacların qurumasının səbəbi araşdırılır

Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində ağacların quruması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı “RS Construction” MMC tərəfindən ərazidə tikinti işlərinin aparıldığı və tikintinin ətrafına çəkilmiş hasarın daxilində və kənarındakı bir neçə şam ağacının bioloji inkişafdan dayandığı məlum olub: “Ağacların qurumasının səbəbini müəyyən etmək məqsədilə qurumuş ağacların dibindən torpaq nümunəsi götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib”.

Xidmət rəsmisi onu da qeyd edib ki, bir müddət əvvəl “RS Construction” MMC-yə sözügedən ərazidən ağacları qanunsuz köçürdüyünə görə tərəfimizdən akt, protokol tərtib olunub, cərimələnməsi üçün toplanmış sənədlər Xətai rayon Məhkəməsinə göndərilib və şirkət 15 000 manat məbləğində cərimələnib.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026