• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qanunsuz ət kəsimi məntəqələri aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

17 Noyabr 2021 | 17:17

Qanunsuz ət kəsimi məntəqələri aşkarlandı - FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bakıvaxtı.az xəbər verir  ki, Agentlik əməkdaşları Sumqayıt şəhəri, 3-cü mkr.  ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.


Qanunsuz ət kəsimi məntəqələri aşkarlandı - FOTOLARQanunsuz ət kəsimi məntəqələri aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026