• Bakı 16° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Misirdə qızıl dili olan mumiyalar tapılıb

DÜNYA

01 Dekabr 2022 | 01:34

Misirdə qızıl dili olan mumiyalar tapılıb

Misirin Nil çayının deltasının mərkəzi qubernatorluğunda yerləşən nekropolda aparılan qazıntılar zamanı qızıl dili olan mumiyalar tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, nekropolda gil qablar kolleksiyası, çiçək şəklində qızıl vərəqlər, eləcə də Ptolemey və Roma dövrlərinə aid dəfn mərasimi üçün daşlı amuletlər də aşkar edilib. Şuranın baş katibi Mustafa Vəziri jurnalistlərə müsahibəsində bildirib ki, qızıl dilli mumiyalar pis konservasiya olunub və onların bərpası aparılacaq. O əlavə edib ki, skeletlər, qızıl vərəqlərlə örtülmüş mumiya qalıqları, taxta antropoid tabutlar və onların hazırlanmasında istifadə edilmiş mis alətlər də tapılıb.

Mütəxəssis Ayman Aşmavi bildirib ki, nekropolun yeni aşkar edilmiş hissəsi fərqli memarlıq üslubuna malikdir. Onun sözlərinə görə, bu hissə çiy kərpicdən tikilib və üç tağlı dəfn kamerası olan əsas tağlı zaldan, habelə iki yan kameralı bir dəfn şaxtasından ibarətdir. Mütəxəssis əlavə edib ki, dəfn mərasimləri, mumiyalar və cənazə kolleksiyası ilə bağlı ilk araşdırmalar bu nekropolun üç müxtəlif dövrdə - Qədim Misirin sonu, Ptolemey və Roma zamanında istifadə olunduğunu göstərir. Nil çayı deltasının ən mühüm arxeoloji ərazilərindən biri olan Quveysna nekropolunda bir neçə arxeoloji dövrə aid məzar və dəfn kameraları kolleksiyası var. Bu kolleksiya müxtəlif dövrlərdə məqbərələrin memarlıq üslubunda baş verən dəyişiklikləri və dəfn üsullarını ortaya qoyur.

Arxeoloqlar bildiriblər ki, Quveysna nekropolunda həm də Qədim Misirdə müqəddəs sayılan quşlar üçün çox görkəmli bir divar rəsmləri kolleksiyası var (azərtac). Burada yüksək səviyyəli kahinlərdən biri üçün qara qranitdə oyulmuş nəhəng antropoid sarkofaq da daxil olmaqla, qəbirlər, bina qalıqları, mumiyalar, tabutlar və sarkofaqlar kolleksiyası aşkar edilib.


SON XƏBƏRLƏR