• Bakı 29° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

MMA döyüşçüsünə hücum edənlər saxlanıldı

İDMAN

17 Iyul 2025 | 00:13

MMA döyüşçüsünə hücum edənlər saxlanıldı

Dağıstanın Mahaçqala şəhərində rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə hücum edən iki şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Dağıstanın idman naziri Sacid Sacidov deyib.

Bildirilir ki, baş vermiş fakt üzrə sağlamlığa ağır zərərvurma barəsində cinayət işi qaldırılıb.

Qegd edək ki, iyulun 16-da iki naməlum şəxs Xizriyevə hücum edərək ona travmatik tapançadan atəş açıb. İdmançı xəstəxanaya yerləşdirilib.

Hücuma səbəb kimi onun avtomobillə bağlı borcu göstərilir. Zərərçəkmiş pulu qaytaracağına söz verib, lakin sonradan avtomobil sahibi bunun çox vaxt aparacağına qərar verib. Danışıq cəhdləri nəticəsiz qalıb, bundan sonra idmançı hücuma məruz qalıb.


SON XƏBƏRLƏR

16 Iyul 2025