• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mobil tətbiqlərlə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

04 Mart 2024 | 21:21 | Müəllif: Subhan Mahmudov

Mobil tətbiqlərlə bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi mobil tətbiqlərlə bağlı xəbərdarlıq edib. 

DİN-dən Bakıvaxtı.az-a daxil olan məlumatda deyilir:

"Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?
 
• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;

• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026