“Moldova vətəndaşlarının respublika prezidenti Maia Sandunun siyasətinə qarşı etirazları gələcəkdə daha da artacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Moldova parlamentinin üzvü Marina Tauber deyib.
Onun sözlərinə görə, hakimiyyətin ölkədəki ağır sosial vəziyyəti düzəltmək üçün heç bir iş görməməsi insanların qəzəblənməkdə davam etməsinə səbəb olacaq.ğ
Qeyd edib ki, Moldova iqtisadiyyatının əksər sahələri durğunluq yaşayır və Sandu hökuməti bunun üçün birbaşa məsuliyyət daşıyır.
Mina Mikayılova