ABŞ- də morqa aparılan ölü dirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NBC News” xəbər verir .
Məlumata görə, Nebraska sakini, 74 yaşlı Constance Glanzın qocalar evində tibb bacıları onun nəfəs almadığını gördükdən sonra öldüyünü ehtimal ediblər.
İyunun 3-də səhər saatlarında onun həyati əlamətlərinin qeydə alınması dayandırıldıqdan sonra qadının meyitinin morqa göndərilməsi qərara alınıb.
Lakin bir neçə saat sonra morq işçisi qadının nəfəs aldığını görüb.
O, təcili olaraq xəstəxanaya yerləşdirilib və ailəsinə hadisə barədə məlumat verilib.
Mina Mikayılova
















