• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Moskva Bakıya diplomatik demarş elan etdi

DÜNYA

13 Sentyabr 2023 | 12:44

Moskva Bakıya diplomatik demarş elan etdi

Rəsmi Moskva Azərbaycan XİN-in Rusiyanın Ukraynanın nəzarətə götürdüyü ərazilərində keçirdiyi seçkilərlə bağlı şərhinə görə Bakıya diplomatik demarş elan edib.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

Zaxarova bildirib ki, sözügedən şərh onda suallar doğurub: “Bu şərh niyə görə verilib, bu cür qiymətləndirmələri qəbul edə bilmərik. Bunlar qəbuledilməz qiymətləndirmələrdir və ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun gəlmir. Hesab edirik ki, Bakı Rusiyanın ərazi bütövlüyü məsələsinə, onun bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Düşünürəm ki, azərbaycanlı dostlarımız bizim regionlarımızın tarixini çox yaxşı bilirlər. Üstəlik, onlar bunu KİV-dən deyil, bizim ortaq keçmişimizdən bilirlər. Çünki onlar tarixi kontekstdə bu prosesi müşahidə etmək imkanına sahib olublar”.

Xatırladaq ki, Azərbaycan XİN-in Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanatında deyilir: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır. Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026