• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fidan BƏƏ XİN rəhbəri ilə telefonla DANIŞDI

DÜNYA

13 Oktyabr 2023 | 10:35

Fidan BƏƏ XİN rəhbəri ilə telefonla DANIŞDI

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Nahyan ilə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirlər İsrail-Fələstin münaqişəsi çərçivəsində Qəzzadakı humanitar vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026