• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Müavinətlər və Prezident təqaüdlənrinə görə nə qədər ödəniş edilib? - MƏLUMAT

İQTİSADİYYAT

21 Avqust 2024 | 14:14 | Müəllif: Əli Hüseynov

Müavinətlər və Prezident təqaüdlənrinə görə nə qədər ödəniş edilib? - MƏLUMAT

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 487 min nəfər sosial müavinət, 399 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Bu barədə Bakıvaxtı.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 626 mln. manat, Prezident təqaüdləri üzrə 400 mln. manat ödənilib.

Cari ilin 7 ayında 89 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 659 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026