• Bakı 20° C

    12.44 m/s

  • USD - 1.7

    EUR - 1.9888

    RUB - 2.0028

Müəllim mərkəzli dərslər vaxt və resurs itkisinə səbəb olur

CƏMİYYƏT

12 Sentyabr 2025 | 11:08

Müəllim mərkəzli dərslər vaxt və resurs itkisinə səbəb olur

Hər 10 dərsdən təxminən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” tədbirində Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev bildirib.

O qeyd edib ki, fəaliyyətlər əsasən müəllim mərkəzli təşkil olunur və dərslərdə daha çox müəllim nitqinə üstünlük verilir. Dərsin məqsədinə xidmət etməyən fəaliyyətlərə isə həddindən artıq vaxt sərf olunur:

“Düzgün aparılmayan təlim üsul və formaları vaxt itkisinə səbəb olur. Dərsliklərdən də səmərəli istifadə olunmur”, – deyə Elnur Əliyev əlavə edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Sentyabr 2025