• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Müəllimlərə hədiyyə vermək yolverilməzdir" - Mehriban Vəliyeva

CƏMİYYƏT

04 Oktyabr 2023 | 16:00

"Müəllimlərə hədiyyə vermək yolverilməzdir" - Mehriban Vəliyeva

“Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsaitin toplanması yolverilməzdir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakıdakı məktəb rəhbərləri, eləcə də valideynlərə müraciətində bildirib.

Onun sözlərinə görə, bununla bağlı monitorinqlər aparılacaq:

“Təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir. Şagird və ya valideynlərin müəllimlərə hədiyyə verilməsi, vəsaitin toplanması isə yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026