• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Sədərək” gömrük postunda sürücülərdən qeyri-qanuni pul yığılır?

CƏMİYYƏT

03 Noyabr 2023 | 14:12 | Müəllif: Qalib İbrahimoğlu

“Sədərək” gömrük postunda sürücülərdən qeyri-qanuni pul yığılır?

“Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən “Sədərək” gömrük postunda sıxlığın yaranmasına münasibət bildirərkəı deyilib.

Bildirilib ki, hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir:

"Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar, ümumiyyətlə, həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur".

Qeyd edək ki, sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026