• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Musiqi məktəbi koronavirusa görə bağlandı

CƏMİYYƏT

10 Mart 2021 | 16:07

Musiqi məktəbi koronavirusa görə bağlandı

Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR