• Bakı 27° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

“mygov” portalı ilə bağlı YENİLİK

CƏMİYYƏT

19 Iyul 2024 | 16:15

“mygov” portalı ilə bağlı YENİLİK

Vətəndaşlar “mygov” portalında “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında məlumatlarım”, “Cari ali və ortaixtisas təhsili haqqında məlumatlarım”, “Cari ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”, “Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” kimi təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər.

Bu barədə “APA-Economics”ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.

    Qeyd edilib ki, bunlarla birlikdə ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara təqdim olunur.

    Həmçinin, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kod vasitəsilə paylaşmaq, PDF formatda yükləmək və paylaşmaq, o cümlədən yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldıra biləcək.

    Eyni zamanda portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının tarixçəsinə də nəzər yetirmək mümkündür.

    Bundan əlavə, “mygov” tətbiqində “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur.


    SON XƏBƏRLƏR