• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Nanə əməkdaşımıza hücum edib" - Stilist Anar DANIŞDI

MƏDƏNİYYƏT

01 Fevral 2022 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

"Nanə əməkdaşımıza hücum edib" - Stilist Anar DANIŞDI

Stilist Anar Ağakişiyev ATV kanalındakı fəaliyyətinə son qoyub.

Bakıvaxtı.az xəbər verir ki, onun kanalla yollarını ayırmasına səbəb aparıcı Nanə Ağamalıyeva ilə çalışmaq istəməməsi olub. Belə ki, televiziyada aparıcıların stili üzərində çalışmaq Anara həvalə edilib. Nanə isə onun istədiklərinə əməl etməyib.

Bununla bağlı axşam.az-a danışan stilist aparıcı tərəfindən qarşılaşdığı hörmətsizliyi qəbul etməyib: 

"Çalışdığı kanalda insanların 90 faizi onunla danışmır. Heç kim qapısını döymək istəmir. İclasa gəlmir. Saymazlıq edir. Əməkdaşımıza hücum edib. Bundan əvvəl də onun dəfələrlə çalışdığı kanalda işçilərə o cür davranışları haqda xəbər yayılmışdı. Bu hörmətsizliyi gördüm və işə son qoydum".

Qeyd edək ki, Nanə Ağamalıyevanın bir müddət əvvəl ATV-dən getdiyi xəbəri yayılmışdı. Buna səbəb kimi Anar Ağakişiyevin orada çalışmağa başlaması göstərilmişdi. Hazırda Nanə kanalda verilişini aparmağa davam edir.

Xatırladaq ki, Anarın kanalla əməkdaşlığını bitirməsini lent.az saytı yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR